Rüstəm Orucov “Böyük dəbilqə”nin qalibi oldu - YENİLƏNİB
Qeyd edək ki, turnirin birinci günündə yığma komandamızın üzvü Orxan Səfərov (66 kq) bürünc medal əldə edib. Azərbaycan “Böyük dəbilqə” turnirinə 17 cüdoçu ilə qatılıb.
***
Azərbaycan cüdoçusu Rüstəm Orucov (73 kq) Budapeştdə keçirilən “Böyük dəbilqə” turnirinin yarımfinalına yüksəlib.
Azvision.az xəbər verir ki, R.Orucov birinci görüşdə Monqolustan təmsilçisi Anxjaya Lavjarqal, daha sonra isə bolqarıstanlı Mark Hristovu məğlub edərək yarımfinala vəsiqə qazanıb. Yarımfinalda İsveç təmsilçisi Tommi Masiasa qalib gələn cüdoçumuz finala adlayıb.
Turnirin birinci günündə yığma komandamızın üzvü Orxan Səfərov (66 kq) bürünc medal qazanıb.
Azərbaycan komandası “Böyük dəbilqə” turnirinə 17 cüdoçu ilə qatılıb.
Turnir oktyabrın 25-dək davam edəcək.
Azvision.az
Teqlər: Cüdo