Cüdo millimiz “Böyük dəbilqə”də 4-cü oldu

Cüdo millimiz “Böyük dəbilqə”də 4-cü oldu
  26 Oktyabr 2020    Oxunub:4678
Macarıstanın paytaxtı Budapeşt şəhərində cüdo üzrə “Böyük dəbilqə” turnirini Azərbaycan komandası 1qızıl, 2 bürünc medalla başa vurub.
Azvision.az xəbər verir ki, yığma komandanın aktivinə qızıl medalı milli komandamızın üzvü Rüstəm Orucov (73 kq), bürünc medalları isə Orxan Səfərov (66 kq) və Məmmədəli Mehdiyev qazandırıblar. Digər idmançılarımızdan Gültac Məmmədəliyeva (52 kq) bürünc medal uğrunda təsəlliverici görüşdə uduzaraq 7-ci yeri tutub. Bu nəticə ilə Azərbaycan komandası 4-cü yerdə qərarlaşıb.

İdmançılarımız, həm də, Tokio Olimpiya Oyunlarına lisenziya xalları qazanıblar. Ümumi nəticələrə görə, Rusiya 3 qızıl, 2 gümüş, 1 bürünc medalla birinci yeri tutub.

Qeyd edək ki, Azərbaycan “Böyük dəbilqə” turnirində 17 cüdoçu ilə iştirak edib. Yarışda 61 ölkədən 405 idmançı mübarizə aparıb.

Azvision.az


Teqlər: Cüdo  





Xəbər lenti