Tədrisin hansı halda əyani aparıla biləcəyi açıqlandı

Tədrisin hansı halda əyani aparıla biləcəyi açıqlandı
  30 Oktyabr 2020    Oxunub:2323
Xüsusi karantin rejimi dövründə Təhsil Nazirliyinə yeni səlahiyyət verilib.
Azvision.az -ın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər barədə” qərarında bildirilib.

Dəyişikliyə əsasən, 2020-ci il 1 dekabra qədər sanitar-epidemioloji vəziyyətlə bağlı Azərbaycan Respublikasının baş dövlət sanitariya həkiminin və ya Səhiyyə Nazirliyinin gigiyena və epidemiologiya mərkəzlərinin müvafiq rəyləri əsasında Təhsil Nazirliyi ayrı-ayrı inzibati ərazi vahidlərində fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin əyani formada aparılmasının bərpası və ya dayandırılması barədə qərar qəbul edə biləcək.

Azvision.az


Teqlər: Təhsil  





Xəbər lenti