“Tədrisdən uzaq qalmaqdansa, onlayn dərslər məqbuldur”

 “Tədrisdən uzaq qalmaqdansa, onlayn dərslər məqbuldur”
  30 Oktyabr 2020    Oxunub:1833
Son iki həftə ərzində, tədrisin tətil elan olunduğu dövrdə aparılan işlərin nəticəsində mümkün və optimal qərar verilib. Bu, Operativin Qərargahın göstərişinə əsasən, 2 noyabr tarixindən bütün təhsil müəssisələrinin fəaliyyətinin onlayn-distant qaydada həyata keçirilməsidir.
Azvision.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev deyib. Nazir bildirib ki, bu qərarın icrası müəyyən çətinliklər yaradacaq.

“Ötən dövrlərdə onlayn-distant təhsillə bağlı təcrübə var, müəllimlər və ailələr çətinliklərlə üzləşsə də, bu üsulla növbəti bir neçə həftədə təhsili onlayn qaydada həyata keçirəcəyik. İctimaiyyət nümayəndələri, məktəblər, müəllimlərlə ünsiyyətdə oluruq. Mövcud olan çətinliklərə baxmayaraq, uşaqların tədrisdən uzaq qalmağındansa, onlayn qaydada təhsil daha məqbul hesab edilir”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Təhsil   dərs   onlayn  





Xəbər lenti