“Vəziyyət imkan versə, tezliklə ənənəvi təhsilə qayıdılacaq” - Nazir

 “Vəziyyət imkan versə, tezliklə ənənəvi təhsilə qayıdılacaq” -  Nazir
  30 Oktyabr 2020    Oxunub:3478
"Şagird nailiyyətlərinin qiymətləndirilməsi situasiyadan asılı olacaq".
Azvision.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib. Onun sözlərinə görə, ötən tədris ilinin 2-ci yarım ilinin sonunda müəyyən qiymətləndirmə qaydaları tətbiq edilib və şagirdlərin qiymətləndirilməsi onlayn həyata keçirilib.

“Bu tədris ilinin birinci yarımili yanvar ayının sonundadır, indidən proqnoz vermək çətindir. Dərslərin ənənəvi və ya distant formada olmasından asılı olmayaraq, şagirdlərin qiymətləndirməsi vahid prinsiplər əsasında həyata keçiriləcək”.

Nazir qeyd edib ki, epidemioloji vəziyyət imkan verərsə, müəyyən bölgələrdə daha tez ənənəvi təhsilə qayıdılacaq və bu əvvəlki təcrübədə olduğu kimi mərhələlərlə ediləcək.

Aytən Zəhra
Azvision.az


Teqlər: Təhsil   Nazir  





Xəbər lenti