“Fənərbağça” 9 ildən sonra rekordunu yenilədi

“Fənərbağça” 9 ildən sonra rekordunu yenilədi
  04 Noyabr 2020    Oxunub:2896
Türkiyə Superliqasının yeddinci turunda “Antalyaspor” üzərində 2:1 hesablı qələbə “Fənərbağça" üçün əlamətdar olub.
Belə ki, İstanbul klubu 2011-2012-ci il mövsümündən bəri ilk dəfə Superliqada ilk yeddi oyundan məğlubiyyətsiz ayrılıb.

Qeyd edək ki, “Fənərbağça” cari mövsümdə keçirdiyi 7 oyundan 5-də qalib gəlib, 2 görüşdə heç-heçə edib. Hazırda 17 xalla lider olan komanda 2011-2012-ci il mövsümündə də bu qədər xal toplayıb. Həmin mövsümdə “Fənərbaxça”nın ilk məğlubiyyəti 10-cu tura təsadüf edib.

Azvision.az


Teqlər: “Fənərbağça”  





Xəbər lenti