`Oskar`ın siyasi gizlinləri

`Oskar`ın siyasi gizlinləri
  06 Fevral 2014    Oxunub:1601
Bu ay `Oskar` mükafatının qalibləri elan olunacaq. Amma buna qədər Amerika Kinoakademiyasının daxilində hansı proseslərin getdiyini bilmək maraqlı olardı.

Birincisi - akademiya üzvlərinin demoqrafiyası. “Los Angeles Times”ın apardığı araşdırmaya görə, 2 il əvvəl 5765 üzvə malik təşkilatda orta yaş 62-dir.

Onların 94%-i ağdərili, 77%-i kişidir. 50 yaşdan cavan akademiklərin sayı cəmi 14%-dir. Yeniləmələrin aparıldığı kino akademiya 2013-cü ildə öz sıraslarına 452 yeni üzv qəbul etsə də, prosesin hələ uzun illər davam edəcəyi gözlənilir. Yeni üzvlər arasında ağdərililər 93%, kişilər isə 76%-dir.

Maraqlı fakt: 2012-ci ildə “Oskar” qaliblərini müəyyən etmək üçün elektron səsvermə sisteminə keçid baş verdi. Lakin akademiklərin əksəriyyəti yeniliyə hazır olmadıqlarına görə, xüsusi olaraq onlar üçün səsvermə anketlərin qəbul müddəti uzadılmalı oldu.
İkincisi- Nə iqtisadi böhran, nə də ki, yayım reytinqindən asılı olmayaraq mərasim zamanı verilən reklamın qiyməti ildən-ilə artır. 2014-cü ildə 30 saniyəlik reklam çarxı reklam verən üçün 1,9 milyon dollara başa gələcək. 15 il əvvəl bu qiymət 1 milyon, 25 il əvvəl isə 360 min dollar təşkil edirdi.

Üçüncüsü və ən əsası- 2013-cü ilə qədər “Oskar” mərasiminin reytinqi azalırdı. 1991-ci ildən 2001-ci ilə qədər davam edən onillik “Oskar” üçün ən uğurlusu sayılır. Həmin illərdə mərasimi orta hesabla 45,92 milyon amerikalı izləyirdi. Bundan çox tamaşaçı yalnız futbol üzrə Super kubok matçında toplanırdı. Auditoriyanın mərasimə olan marağı, əsas xalq filmlərinin- “Titanik” (1998, 55,25 milyon tamaşaçı) və “Forrest Qamp” (1995, 48,28 milyon tamaşaçı) qalib olduğu illərdə pik həddinə çatmışdı.

2000-ci illərdə “Oskar” daha çox yüksək büdcəli filmlərin mükafatlandırılmasına diqqət ayırmağa başladı və reytinqlər azalmağa doğru getdi. 2003-2012-ci illər ərzində orta tamaşaçı reytinqi 38,48 milyon nəfərə qədər düşdü. Yeganə artım 2003-cü ildə - “Üzüklərin sahibi: Kralın qayıdışı” filmi qalib gələn zaman (43,53 miloyn tamaşaçı) qeydə alındı. Əsas eniş isə 2008-ci ildə baş verdi. Koen qardaşlarının “Qocalara burada yer yoxdu” filmi ilə qazandıqları triumf cəmi 32 milyon amerikalının maraqlandıra bildi.

Beləliklə, son illərdə Kino akademiya istənilən dəyişməz heronokratiyanın üzləşdiyi klassik böhranla üz-üzə qalıb. Etibar reytinqi azalır, pul gəlirləri azalır (reklam qiymətləri artsa da, istehlak bazar məhdudlaşdırdı), islahatlara ehtiyac yaranırdı.
Amerika kinosənayesi daha çox Rusiyanın siyasi sisteminə bənzəməyə başlamışdı.

2013-cü ilin “Oskar” seçimlərinə akademiklər liberal islahatlardan ibarət kompleks tədbirlər planı ilə hazırlaşdı. Nəticədə “Oskar-2013” çoxdan unudulmuş həddə- 40 milyona çatdıra bildi. Gənclərin sayı ümumi tamaşaçıların arasında 35%-ə qdərə artdı. Qismən bu sərsəm zarafatlar ustası, “Qriffinlər” animasiya serialının və “Ted” filminin yaradıcısı Set Makfarleynin aparıcı olması ilə bağlı idi.

Uğurun qzanılmasında digər faktor isə əsas nominasiyada liberallaşmanın həyata keçirilməsi olur. “ilin Ən Yaxşı Filmi” nominasiyasında digər namizədlərlə yanaşı, fransız “Məhəbbət” britan “Səfillər”, şərq eposu olan (ABŞ-da istehsal olunsa da)“Pinin həyatı” iştirak edirdi. Avstriyalı rejissor Mixael Xanekenin “Məhəbbət” filmi bundan savayı ən yaxşı rejissorluq işi, ən yaxşı qadın rolu, ən yaxşı ssenari və ən yaxşı xarici film nominasiyalarında təmsil olunurdu. Avropa artxausu üçün ağlagəlməz uğur. Amma film qələbəni yalnız ənənəvi nominasiyasında- “İlin Xarici Dildə Ən Yaxşı Filmi” qazana bildi.
Beləliklə, Hollivud müsabiqədə Avropa müxalifətinin ona yalnız islahat görüntüsü yaratmaq üçün lazım olduğunu göstərdi.

Lakin ilk növbədə tamaşaçını sensasiya vədi özünə cəlb etdi. “Ən yaxşı qadın aktrisa” kateqoriyasında qələbəni 9 yaşlı qaradərili Kvizan Uollis, ya da 86 yaşlı avropalı Emmanuel Riva qazana bilərdi. Denile Dey-Lyuis 3 dəfə “Oskar” qalibi olan ilk kişi aktyor oldu. Rejissor Ben Zaytlin isə (“Vəhşi cənubun heyvanları” flimi) nüfuzlu mükafatı qazanacaq ən gənc debütant ola bilərdi. Tim Bertonun “Frankevini” cizgi filmi isə “Oskar” qazanan ilk kukla filmi ola bilərdi. Möhtəşəm olmasa da, kifayət qədər uğurlu “Mən sevgilim dəlidir” komediyası hər 4 aktyor kateqoriyasında “Oskar”a namizəd ilk komediya kimi tarixə düşdü.

Ümumilikdə, “Oskar” sensasiya silsiləsi vəd etsə də, reallıqda virtuoz şəkildə hazırlanan sadə, ironik və avantüralı səmimi amerikan filminin triumfuna çevrildi.

Həmən mərasimin nəticələrini ümumiləşdirəndə böyük siyasəti xatırladaq bir neçə müşahidə ortaya qoymaq olar. 62 yaşlı herontokratların köhnə fikirli olmalarına iddia etməyə əsas olmasın deyə populizmə qapılaraq bütün mükafatları gənclərə paylandı. Demək olar bütün köhnə aktyorlara kompensasiya təklif olunudu. Qiymətləndirmə mənasında siyasi kino əvvəlki, mühafizəkar mövqedə qaldı.

Görünür ki, 2014-cü ildə də tamaşaçını eyni tələ gözləyir.
Kino akademiya ölkə ilə bir yerdə dəyişir və hətta bəzən Amerikanı qabaqlayır. 2013-cü ildə təşkilatın rəhbəri qaradərili, üstəlik qadın akademik olan Şeril Bun İsaaks seçildi. Amma ona qədər Betti Devis və Fey Kanin kimi qadın həmkarları da akademiya rəhbəri olmuşdular.

İlin ən yaxşı filmi nominasiyasında pedofiliyada ittiham edilən kişiyə göstərilən təzyiqlərdən bəhs edən Danimarka istehsalı “Ov” filmi ilə yanaşı Kambocadan olan “İtmiş təsvir” və Fələstin istehsalı “Ömər” filmləri də var.
Multiplikasiya sahəsində “Disney”dən əlavə Belçika istehsalı “Ernest və Selestina: siçan və ayı” və yapon klassiki Hayyao Miyadzakinin “Külək güclənir” təmsil olunur.

Çoxsaylı proqnozlara görə, əsas müsabiqədə qaradərili qulun insanlıq dəyanətindən bəhs edən “Köləliyin 12 ili” dramı liderlik edir. Kişilərin müsabiqəsində isə “Dallas alıcılar klubu” filmində QİÇS xəstəliyindən əziyyət çəkən şəxsi canlandıran Metyu Makkonaxi əsas favoritdir. Filmdə onun partnyoru olan və transseksualı canlandıran Cared Leto isə ikinci plan aktyor işinə görə, “Oskar”a namizəddir. Eyni nominasiyada Somalidə anadan olan və “Kapitan Filips” filmində dəniz qulduru obrazı yaradan Bərhad Abdi də iddialıdır.

Müxtəlif nominasiyalarda xalqın sevimli aktyorları- Tom Henks, Leonardo Di Kaprio, Cennifer Lourens, Sandra Bullok, Meril Strip, Bredli Kuper, Culiya Roberts və rejissor Martin Skorseze də təmsil olunurlar.

Əlbəttə ki, bu müdrik şəxslərlə yanaşı bu ilin sadəliyini 10 nominasiyada “Oskar”a iddialı olan Devid O. Rasselin “Amerikasayağı fırıldaq” filmi təmsil edir. Bu rejissor səmimi filmlər yaratmaqda virtuozdur. Onun yeni filmi ötən ilki “Oskar” qalibi “Arqo” ilə uyğun səslənir.

Beləliklə, ötən ilin dramaturgiyası bu ildə də təkrarlanır: Qocalar gənclərə qarşı. Əsl islahatlar yalançı populizmə qarşı. Gəlmələr yerlilərə qarşı. Sensasiya gözlənilənə qarşı.

Vüqar İsmayılov
AzVision.az



Teqlər:  





Xəbər lenti