Güləşçilərimiz Moskva Qran-prisində medallar qazandı

Güləşçilərimiz Moskva Qran-prisində medallar qazandı
  09 Noyabr 2020    Oxunub:3751
Noyabrın 8-də Rusiyada keçirilən güləş üzrə Moskva Qran-Prisinə yekun vurulub.
Azvision.az xəbər verir ki, güləşin bütün növləri üzrə təşkil olunan turnirdə ölkəmizi böyük məşqçi Zəlimxan Hüseynovun rəhbərliyi altında sərbəst güləş yığmamızın bir neçə üzvü təmsil edib.

Olimpiya çəki dərəcələri üzrə keçirilən yarışda güləşçimiz Şamil Zubairov (97 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İslam Bazarqanov (57 kq) və Davud İbrahimov (65 kq) gümüş medal əldə edib. Gitinoməhəmməd Hacıyev (74 kq) və Osman Nurməhəmmədov (86 kq) isə Qran-Prini üçüncü pillədə başa vurublar.

Beləliklə, komandamız turnirdə 1 qızıl, 2 gümüş və 2 bürünc medal əldə edib.

Qeyd edək ki, görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Sədi Quliyev təmsil edib.

Azvision.az


Teqlər: Güləş   Moskva  





Xəbər lenti