"Qarabağın məşhur müəllimləri" - Zakir Bağırov

"Qarabağın məşhur müəllimləri" -  Zakir Bağırov
  19 Noyabr 2020    Oxunub:3472
Təhsil Nazirliyinin "Qarabağın məşhur müəllimləri" layihəsinin növbəti siması Zakir Bağırovdur.
Azvision.az xəbər verir ki, o, 1929-cu ildə Şuşada doğulub. 1953-cü ildə Azərbaycan Dövlət Universitetini bitirib və fəlsəfə kafedrasında pedaqoji fəaliyyətlə məşğul olmağa başlayıb.

Mədəniyyət tariximizdə özünəməxsus yeri olan Zakir Bağırov uzun müddət Azərbaycanın mədəniyyət naziri vəzifəsində çalışıb. Hər kəs bu gün onun adını - humanist xarakterli, daim yaradıcı təfəkkürlə yaşayıb-işləyən mədəniyyət nazirini üzündə ilıq bir təbəssümlə xatırlayır. Zakir Bağırov nazir olduğu dövrdə mədəniyyətimizin inkişafı üçün çox işlər görüb. Onun təşəbbüsü ilə Bakıda müasir tələblərə cavab verən Bakı Xoreoqrafiya Məktəbi tikilib. Bir sıra mədəniyyət ocaqları təmir edilib, yeni orkestrlər yaranıb, Mahnı Teatrı təşkil olunub.

Qeyd edək ki, "Qarabağın məşhur müəllimləri" layihəsi çərçivəsində Qarabağda doğulan və pedaqoji fəaliyyətlə məşğul olan tanınmış şəxslər barədə məlumatlar təqdim olunur. Layihənin məqsədi əslən Qarabağdan olan məşhur müəllimləri yad etməkdir.

Azvision.az


Teqlər: Müəllim   Qarabağ  





Xəbər lenti