Dövlət qulluğu üzrə 171 namizəd uğur qazanıb

Dövlət qulluğu üzrə 171 namizəd uğur qazanıb
  21 Noyabr 2020    Oxunub:3167
Ümumilikdə 46 dövlət orqanında 379 vakant vəzifənin (B növü üzrə) tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən avqustun 5-də elan olunmuş müsabiqə üzrə müsahibə davam edir.
DİM-dən Azvision.az -a verilən məlumata görə, müsahibədə 171 nəfər uğur qazanıb. Onlardan 95-i Təhsil Nazirliyində, 17-si Maliyyə Nazirliyində, 10-u Bakı şəhəri Yasamal Rayon Məhkəməsində, 7-si Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində, 7-si Milli Arxiv İdarəsində, 3-ü Əqli Mülkiyyət Agentliyində, yerdə qalanlar isə digər dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib.

Qeyd edək ki, müsahibədə iştirak üçün 5304 nəfər sənəd verib. Müsahibə 2021-ci il yanvarın 29-da başa çatacaq.

Azvision.az



Teqlər: DİM  





Xəbər lenti