Cüdo üzrə Azərbaycan millisi Avropada 4-cü oldu

Cüdo üzrə Azərbaycan millisi Avropada 4-cü oldu
  22 Noyabr 2020    Oxunub:2047
Praqada start götürən cüdo üzrə Avropa çempionatı başa çatıb.
Azvision.az xəbər verir ki, Azərbaycan komandası qitə çempionatını 4-cü yerdə başa vurub. Belə ki, 14 cüdoçu ilə yarışa qatılan komandamız, ümumilikdə, 5 – 1 qızıl, 1 gümüş, 3 bürünc medal əldə edib. Qızıl medalı yığmamızın aktivinə Orxan Səfərov (66 kq) yazdırıb.

Yığmamızın digər üzvü İrina Kindzerska (78 kiloqramdan yuxarı) isə yalnız finalda məğlub olaraq gümüş medal alıb. Bürünc medalları Rüstəm Orucov (73 kq), Məmmədəli Mehdiyev (90 kq) və Zelim Kotsoyev (100 kq) qazanıblar. Murad Fətiyev (81 kq) və Elmar Qasımov (100 kq) isə 7-ci yeri tutublar.

Avropa çempionatında 40 ölkədən 355 cüdoçu iştirak edib. Ümumi komanda hesabında Fransa yığması 8 medalla birinci yeri qazanıb. Rusiya 7 medalla ikinci, Gürcüstan 6 medalla üçüncü yeri tutublar.

Azvision.az


Teqlər: Avropa-Çempionatı  





Xəbər lenti