“Qarabağın məşhur müəllimləri” - Soltan Hacıbəyov

“Qarabağın məşhur müəllimləri” -    Soltan Hacıbəyov
  24 Noyabr 2020    Oxunub:3086
Təhsil Nazirliyinin “Qarabağın məşhur müəllimləri” layihəsi davam edir.
Nazirlikdən Azvision.az -a bildirilib ki, layihənin növbəti tarixi siması Soltan Hacıbəyovdur. O, 1919-cu ildə Şuşa şəhərində anadan olub. Soltan Hacıbəyov Azərbaycan mədəniyyəti tarixinə özünəməxsus istedada malik bəstəkar, dirijor, pedaqoq, musiqi ictimai xadimi kimi daxil olub. Onun bəstəkar kimi yetişməsində, formalaşmasında xalq musiqisi ilə bərabər, atasının əmisi oğlu, dahi Üzeyir Hacıbəylinin böyük xidməti olub. O, 1930-cu ildə Bakıya köçərək məhz Üzeyir Hacıbəylinin ailəsində yaşayaraq təhsil alıb.

Soltan Hacıbəyov 1948-ci ildən Azərbaycan Dövlət Konservatoriyasının müəllimi olaraq çalışıb. 1948-1956-cı illərdə Azərbaycan Dövlət Filarmoniyasının əvvəl bədii rəhbəri, sonra direktoru olub. 1969-cu ildən ömrünün sonunadək isə Azərbaycan Dövlət Konservatoriyasının rektoru vəzifələrində çalışıb.

Xatırladaq ki, "Qarabağın məşhur müəllimləri" layihəsi çərçivəsində Qarabağda doğulan və pedaqoji fəaliyyətlə məşğul olan tanınmış şəxslər barədə məlumatlar təqdim edilir. Layihənin məqsədi əslən Qarabağdan olan məşhur müəllimləri yad etməkdir.

Azvision.az


Teqlər: SoltanHacıbəyov  





Xəbər lenti