“Lokomotiv”in oyunu azərbaycanlı hakimə tapşırıldı

“Lokomotiv”in oyunu azərbaycanlı hakimə tapşırıldı
  27 Noyabr 2020    Oxunub:2815
Azərbaycanın beynəlxalq dərəcəli hakimi Eldar Zülfüqarov Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən yeni təyinat alıb.
Azvision.az xəbər verir ki, həmyerlimiz Çempionlar Liqasında qadın voleybolçuların yarışlarının “D” qrupunda mübarizə aparan Rusiyanın “Lokomotiv Kalininqrad” və Türkiyənin “Eczaçıbaşı” komandaları arasında keçiriləcək ilk görüşü idarə edəcək. E.Zülfüqarova polşalı Anjelika Miçlik kömək edəcək.

Qrupun ilk oyunlarına İstanbul ev sahibliyi edəcək. “Lokomotiv” - “Eczaçıbaşı” matçı dekabrın 9-da Burhan Felek Voleybol Arenasında təşkil olunacaq.

Azvision.az


Teqlər: Lokomativ  





Xəbər lenti