Doktorantura təhsilində kimlərə güzəşt ediləcək?

Doktorantura təhsilində kimlərə güzəşt ediləcək?
  01 Dekabr 2020    Oxunub:2628
MBA proqramı üzrə magistr təhsili almış şəxslərin doktorantura təhsili ilə bağlı qərar qəbul edilib.
Azvision.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov deyib.

Onun sözlərinə görə, MBA proqramını bitirən məzunların çoxsaylı müraciətlərini və onların təhsillərinin davam etdirmək istəyini, həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin VII bəndini nəzərə alaraq Təhsil Nazirliyi bildirir ki, qanunvericilikdə edilən sözügedən dəyişikliyə qədər (2019-cu ilin 13 noyabr tarixi) MBA proqramına qəbul olunmuş və məzun olarkən magistr dissertasiyası müdafiə etməmiş şəxslərin iqtisad elmləri üzrə doktorantura ixtisaslarına qəbul imtahanlarında iştirak etmələrinə imkan yaradılacaq.

Azvision.az


Teqlər: Doktorantura   Təhsil  





Xəbər lenti