Dərsliklər sinqapurlu mütəxəssislərlə birgə müzakirə ediləcək

Dərsliklər sinqapurlu mütəxəssislərlə birgə müzakirə ediləcək
  04 Dekabr 2020    Oxunub:2619
Sabah Təhsil Nazirliyinin, Təhsil İnstitutunun dəstəyi, “T-network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə “Dərsliklərdə yeni mərhələ: Sinqapur modeli” onlayn müzakirə təşkil olunacaq.
Təhsil Nazirliyindən Azvision.az -a verilən məlumata görə, azərbaycanlı və sinqapurlu mütəxəssislərin iştirakı ilə keçiriləcək onlayn görüşdə dərsliklərin mövcud vəziyyəti və bu sahədə Sinqapur təcrübəsi müzakirə ediləcək.

Müzakirələrdə Təhsil İnstitutunun direktor əvəzi Anar Nağıyev, direktor müavini Ülkər Babayeva, Sinqapurun “Alston” nəşriyyat evinin nümayəndəsi Vi Çi Sim, “Marshall Cavendish” nəşriyyat evinin nümayəndəsi Xairi Salehuddin Bin Abdullah və dərslik mütəxəssislərinin iştirakı nəzərdə tutulur. Onlayn tədbirdə bir sıra beynəlxalq qiymətləndirmə nəticələrində zirvədə olan Sinqapur təhsil sisteminin orta məktəb dərslik təcrübəsi öyrəniləcək, eləcə də keyfiyyətli dərsliyin meyarlarına, müasir dövrün dərsliklərdə yaratdığı yeni çağırışlara, dərsliklərin mövcud vəziyyətinə toxunulacaq. Həmçinin Təhsil Nazirliyinin Sinqapur ilə əməkdaşlıq çərçivəsində hazırlanması planlaşdırılan dərsliklərin gözlənilən təsirləri və yeniliklər barədə fikir mübadiləsi aparılacaq.

Tədbiri Təhsil Nazirliyinin rəsmi “Facebook” səhifəsi üzərindən canlı izləmək mümkün olacaq.

Azvision.az


Teqlər: Təhsilə   Nazirlik  





Xəbər lenti