Böyük summativ qiymətləndirilmənin aparılması planlaşdırılır

Böyük summativ qiymətləndirilmənin aparılması planlaşdırılır
  07 Dekabr 2020    Oxunub:2502
Təhsil Nazirliyinin “Bizdən soruşurlar” layihəsi çərçivəsində nazirliyə daha çox müraciət edilən mövzularla bağlı suallara cavab verilməsi davam etdirilir.
Azvision.az xəbər verir ki, bu barədə nazirlikdən məlumat verilib.

“Distant təhsilin davam etdiyi bu dövrdə şagirdlərin qiymətləndirilməsi necə həyata keçiriləcək?” sualına cavab olaraq layihə çərçivəsində bildirilib ki, hazırda şagirdlərin kiçik summativ qiymətləndirilməsinin aparılması uyğun hesab olunmayıb.

Yarımilin sonunda böyük summativ qiymətləndirilmənin aparılması planlaşdırılır. Qiymətləndirilmənin hansı formada aparılması isə (əyani və ya distant) 2021-ci il yanvarın sonunadək müəyyənləşdiriləcək.



Azvision.az


Teqlər: Təhsil   Nazirlik  





Xəbər lenti