Qarabağ Universiteti yaradılacaq

 Qarabağ Universiteti yaradılacaq
  12 Dekabr 2020    Oxunub:2221
Qarabağ Regional Elmi Mərkəzi və Qarabağ Universiteti yaradılacaq.

Azvision.az xəbər verir ki, bu barədə AMEA tərəfindən hazırlanan Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə dair elmi tədqiqat işləri ilə bağlı Tədbirlər planında qeyd olunub.
Mərkəzin və universitetin formalaşdırılmasına elmi və kadr dəstəyinin göstərilməsi, cihaz və qurğularla təminatı nəzərdə tutulur.

Tədbirlər planına əsasən Sərsəng su anbarının istismarında etibarlılıq göstəricilərinin qiymətləndirilməsi, Xudafərin körpüsünün yanında seysmoakustik stansiyanın yaradılması, Dağlıq Qarabağda astronomik stansiyanın qurulması, Elektron Qarabağ konsepsiyasının işlənilməsi və reallaşdırılması layihələrinə elmi-praktiki dəstəyin həyata keçirilməsi, işğaldan azad edilmiş ərazilərdə ehtiyatı 200 mln. ton neft və 250 mlrd. kubmetr qaz yataqlarının işlənilməsi və emalı üçün yerli xüsusiyyətlər nəzərə alınmaqla təkliflərin hazırlanması da başlıca hədəflərdəndir.

Qeyd edək ki, Tədbirlər planı ümumilikdə 2021-2035-ci illəri əhatə edir.

Azvision.az


Teqlər: Qarabağ  





Xəbər lenti