Dünya çempionumuz erməni güləşçiyə 9:0 hesabı ilə qalib gəldi - YENİLƏNİB
Dünya və Avropa çempionumuz 3-cü yer uğrunda görüşdə Balbay Dordokovla (Qırğızıstan) güləşəcək. Medal görüşünə Bakı vaxtı ilə saat 22:00-da start veriləcək.
***
Serbiyanın paytaxtı Belqradda güləş üzrə fərdi dünya kuboku yarışları davam edir.
Azvision.az xəbər verir ki, turnirin ikinci günündə - dekabrın 13-də 60, 63, 82, 97 və 130 kiloqram çəki dərəcəsində çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə qoşulacaqlar.
Daha 3 güləşçimiz xalça üzərinə çıxacaq. Belə ki, Nihat Məmmədli (60 kiloqram) moldovalı Viktor Çiobanu, Taleh Məmmədov (63 kiloqram) Ukrayna təmsilçisi Aleksey Masik, Beka Kandelaki (130 kiloqram) Rumıniya güləşçisi Alin Kiurariu ilə qarşılaşacaq.
Turnirin ikinci yarısında, həmçinin millimizin üzvü İslambek Dadov (67 kiloqram) qızıl medal uğrunda görüşə çıxacaq. Eldəniz Əzizli (55 kiloqram) isə təsəlliverici görüşdə gücünü sınayacaq.
Azvision.az