Güləşçilərimiz Dünya Kubokunu qızıl medalsız başa vurub

Güləşçilərimiz Dünya Kubokunu qızıl medalsız başa vurub
  19 Dekabr 2020    Oxunub:1484
Azərbaycanın sərbəst güləşçiləri Serbiyanın paytaxtı Belqradda keçirilən Fərdi Dünya Kubokunda çıxışını başa vurub.
Azvision.az xəbər verir ki, son olaraq 97 kq çəki dərəcəsində Şamil Zubairov bürünc medal görüşündə qüvvəsini sınayıb.

Bolqarıstanlı Ahmed Batayevlə qarşılaşan idmançı rəqibinə 1:8 hesabı ilə uduzaraq, şansını əldən verib.

Beləliklə, sərbəst güləşçilər turnirdə ümumilikdə 2 medal qazanıblar. Əhmədnəbi Qvarzatilov (61 kq) gümüş, Hacı Əliyev (65 kq) isə bürünc medala sahib çıxıb.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən İslambek Dadov (67 kq) gümüş, Eldəniz Əzizli (55 kq) və Beka Kandelaki (130 kq) bürünc, qadın güləşçilərdən isə Elis Manolova (65 kq) bürünc medal qazanıb.

Azvision.az



Teqlər: Güləş   medal  





Xəbər lenti