AMADA-dan döyüşdə yaralanan idmançılara müraciət

AMADA-dan döyüşdə yaralanan idmançılara müraciət
  22 Dekabr 2020    Oxunub:3062
Vətən müharibəsində iştirak edən və yaralanan idmançıların müalicəsi zamanı qadağan olunmuş maddələrdən istifadə edilməsi ehtimal olunur.
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) direktoru Şəfəq Hüseynli deyib.

Onun sözlərinə görə, bununla bağlı idmançılar əvvəlcədən terapevtik istifadəyə icazə komitəsinə məlumat verməlidir.

“2020-2021-ci il üzrə qadağan olunmuş maddələrin siyahısı AMADA-nın saytında var və maddələr orada yoxlanıla bilər. Əgər belə dərmanlar varsa, idmançı komitəyə müraciət edib, lazımı sənədlərini AMADA-ya təqdim etməlidir”.

Ş.Hüseynli qeyd edib ki, bu qayda COVID-19 virusuna yoluxan idmançılara da aiddir.

Aytən Zəhra
Azvision.az


Teqlər: AMADA   Dopinq  





Xəbər lenti