AMEA-nın şöbə müdiri dünyasını dəyişdi

AMEA-nın şöbə müdiri dünyasını dəyişdi
  24 Dekabr 2020    Oxunub:1729
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun Folklor və Yazılı Ədəbiyyat şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Kamran Əliyev dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Elyar İslamoğlu bildirib.

“O, bizim dostumuz, sirdaşımız, sevincimizi bölüşdüyümüz, kədərimizə şərik olan, dəyərli məsləhətləri ilə şöbə əməkdaşlarına kömək edən, bir sözlə şöbəmiz üçün çox dəyərli biri idi. Müharibə dövrü və müharibə sonrası çətin günlərimdə zəng edib dəstək olur, təskinlik verirdi”, - deyə Elyar İslamoğlu qeyd edib.

Azvision.az


Teqlər: AMEA  





Xəbər lenti