Orduya çağırılan tələbələrə necə güzəşt ediləcək? - Nazirlik açıqladı

Orduya çağırılan tələbələrə necə güzəşt ediləcək? -  Nazirlik açıqladı
  24 Dekabr 2020    Oxunub:2483
Səfərbərlik üzrə hərbi xidmətə çağırılan tələbələrə hansı güzəştin ediləcəyi açıqlanıb.
Bu barədə Azvision.az -ın sorğusuna cavab olaraq Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Nazirlər Kabinetinin “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”ndakı dəyişiklilərə əsasən, 2019-2020-ci tədris ilində buraxılış kurslarında təhsil almış, tədris planının bütün şərtlərini yerinə yetirmiş, o cümlədən nəzərdə tutulmuş cari və aralıq attestasiyalardan (fənlər üzrə attestasiyalardan) müvəffəq qiymət almış və müəyyən səbəbdən yekun dövlət attestasiyasından keçməmiş qismən səfərbərlik üzrə hərbi xidmətə çağırılan hərbi vəzifəli tələbə təhsil müddətində əldə etdiyi nəticələrə (Ümumi Orta Müvəffəqiyyət Göstəricisinə) uyğun olaraq yekun dövlət attestasiyasından keçmiş hesab olunur.

Bu qərar 2021-ci il yanvarın 31-dək qüvvədədir.

Aytən Zəhra
Azvision.az


Teqlər: Tələbə   Səfərbərlik   Attestasiya  





Xəbər lenti