Teymur Rəcəbov Aronyanı məğlub edib çempion oldu
Görüş təmsilçimizin 4,5:2,5 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da azərbaycanlı şahmatçı turnirin qalibi olub.
Ötən gün baş tutan birinci matçda T.Rəcəbov erməni rəqibini 2,5:1,5 hesabla məğlub etmişdi.
Xatırladaq ki, “Airthings Masters” turnirinin seçmə mərhələsini 6 xalla beşinci yerdə başa vuran Teymur Rəcəbov dörddəbir finalda Rusiya təmsilçisi Yan Nepomnyaşiyə, yarımfinalda bu ölkənin digər şahmatçısı Daniil Dubova qalib gəlib.
Azvision.az
Teqlər: TeymurRəcəbov