Üç idmançımız dopinqə görə cəzalandırıldı
İdmançılardan alınmış nümunələrdə qadağan edilmiş maddə və ya onun metabolit, yaxud markerlərinin mövcudluğu təsbit olunub.
Orqanizmində S1.1B Endogen AAS / 5aAdiol (ekzogen mənşəli) və S1.1B Endogen AAS / 5bAdiol (ekzogen mənşəli) aşkarlanan Firuzə İbrahimova iki illik cəza alıb. Ağırlıqqaldıranın cəzası 2019-cu il sentyabrın 23-dən hesablanacaq.
Karateçi Xudayar Kərimovda isə S9. Glükokortikoidlər/ betamethasone aşkarlanıb. Ona da iki illik cəza kəsilib. Kərimovun cəzası 2020-ci il noyabrın 26-dan qüvvədədir.
4 illik cəza ilə üzləşən Gülhüseyn Ağazadənin orqanizimində S1.1B Endogen AAS və onların metabolit və izomerləri/ 19-norandrosteron tapılıb. Ağazadənin cəzası 2024-cü il yanvarın 14-də başa çatacaq.
Azvision.az
Teqlər: AMADA