“Sabah”ın üzvü Niderland klubuna icarəyə verildi
Ozan Can Kökcü 2019-cu ilin yayından “Sabah”ın uğurları üçün çalışır. Bu müddətdə komandanın əsas heyət üzvlərindən birinə çevrilən gənc futbolçu, “göy-ağ” formada 29 oyun keçirib, 1 qola imza atıb. Azərbaycanın U-21 millisinin də əsas üzvlərindən olan futbolçunun icarəyə verilməsində onun Avropa təcrübəsi qazanması və özünü inkişaf etdirməsi perspektivləri əsas götürülüb.
Kökcü keçidlə bağlı fikirlərini bildirib: “Bu təklifə müsbət cavab verməyimə əsas səbəb özümü Avropada sınamaq, həmçinin Azərbaycanı və klubum “Sabah”ı Avropada ən yaxşı şəkildə təmsil etmək istəyimdir. “Telstar”a bu 6 aylıq müddətdə özümü daha da inkişaf etdirmək və daha üst səviyyəyə qalxmaq üçün yollanıram. Mənə həmişə dəstək olan “Sabah” ailəsinə təşəkkür edirəm. Burda olmadığım müddətdə də komandamı yaxından izləyəcəyəm”.
Azvision.az