Teymur Rəcəbov Aronyanı geridə qoydu

Teymur Rəcəbov Aronyanı geridə qoydu
  29 Yanvar 2021    Oxunub:2858
“Champions Chess Tour” onlayn şahmat seriyasının ümumi sıralaması açıqlanıb.
Azvision.az xəbər verir ki, iki turnirin nəticəsinə əsasən, seriyaya azərbaycanlı qrossmeyster Teymur Rəcəbov başçılıq edir. İkinci yeri amerikalı Uesli So, üçüncü yeri isə erməni şahmatçı Levon Aronyan tutur.

Seriyanın təşkilatçısı, norveçli dünya çempionu Maqnus Karlsen ümumi hesabda dördüncü pillədə qərarlaşıb.

10 turnirdən ibarət olacaq “Champions Chess Tour” onlayn şahmat seriyası bu ilin sentyabrınadək davam edəcək.

Xatırladaq ki, “Champions Chess Tour” seriyasının ikinci - “Airthings Masters” turnirinin finalında şahmatçımız Teymur Rəcəbov Ermənistan təmsilçisi Levon Aronyanı məğlub edərək qalib adını qazanıb.

Azvision.az


Teqlər: TeymurRəcəbov  





Xəbər lenti