Teymur Rəcəbov fransalı şahmatçıya qalib gəldi

Teymur Rəcəbov fransalı şahmatçıya qalib gəldi
  14 Fevral 2021    Oxunub:2345
Azərbaycan şahmatçısı Teymur Rəcəbov “Opera Euro Rapid” turnirinin üçüncü mərhələsində fransalı Maksim Vaşye-Laqrav ilə üçüncü yer uğrunda ilk görüşünü keçirib.
Azvision.az xəbər verir ki, şahmatçımız ilk partiyanı heç-heçə ilə başa vurub, ikinci partiyada inamlı qələbə qazanıb. Növbəti oyunda məğlub olan T.Rəcəbov son partiyada üstün oyun nümayiş etdirməklə ümumi hesabda irəli çıxıb. Beləliklə, şahmatçımız birinci matçda 2,5:1,5 hesab ilə qələbə qazanıb.

Qeyd edək ki, fevralın 14-də cavab oyunları keçiriləcək. İki gün ərzində keçiriləcək oyunlarda qalib müəyyənləşməsə tay-breyk oynanılacaq.

Xatırladaq ki, Teymur Rəcəbov “Champions Chess Tour” seriyası çərçivəsində keçirilən ikinci - “Airthings Masters” turnirinin finalında Ermənistan təmsilçisi Levon Aronyanı məğlub edərək yarışın qalibi olub.

Azvision.az


Teqlər: Teymur-Rəcəbov  





Xəbər lenti