Uesli So dünya çempionunu məğlub etdi

Uesli So dünya çempionunu məğlub etdi
  15 Fevral 2021    Oxunub:1882
“Champions Chess Tour” seriyasının üçüncü mərhələsi - “Opera Euro Rapid” turniri başa çatıb.
Azvision.az xəbər verir ki, ABŞ təmsilçisi Uesli So hazırkı dünya çempionu, norveçli Maqnus Karlseni finalda məğlub edərək turnirin qalibi olub.

Qeyd edək ki, yarışda üçüncü yeri Azərbaycan şahmatçısı Teymur Rəcəbov fransalı Maksim Vaşye-Laqravı məğlub etməklə qazanıb.

Xatırladaq ki, seriya çərçivəsində keçirilmiş birinci turnirin - “Skilling Open”in qalibi də Uesli So olub. Seriyanın ikinci - “Airthings Masters” turnirində isə Teymur Rəcəbov birinci yeri tutub. Azərbaycanlı qrossmeyster turnirin finalında Ermənistan təmsilçisi Levon Aronyanı məğlub edib.

Azvision.az


Teqlər: Şamhat  





Xəbər lenti