“Böyük dəbilqə”də 13 cüdoçumuz iştirak edəcək

“Böyük dəbilqə”də 13 cüdoçumuz iştirak edəcək
  24 Fevral 2021    Oxunub:1355
Martın 5-də Daşkənddə cüdo üzrə “Böyük dəbilqə” turniri start götürəcək.
Azvision.az xəbər verir ki, yarışda Azərbaycanın 13 cüdoçusunun iştirakı planlaşdırılıb.

Belə ki, kişilər arasında Kəramət Hüseynov, Oruc Vəlizadə (hər ikisi 60 kq), Nicat Şıxəlizadə, Orxan Səfərov (hər ikisi 66 kq), Rüstəm Orucov (73 kq), Murad Fətiyev, Hidayət Heydərov (hər ikisi 81 kq), Məmmədəli Mehdiyev (90 kq), Aslan Mirzəyev (hər ikisi 100 kq), Uşangi Kokauri (100 kiloqramdan yuxarı) iştirakı nəzərdə tutulub. Qadınların yarışında isə mübarizə aparmaq üçün Aişə Qurbanlı, Leyla Əliyeva (48 kq) və İrina Kindzerskanın (78 kiloqramdan yuxarı) adları siyahıya daxil edilib.

Yarış martın 7-dək davam edəcək.

Azvision.az


Teqlər: Cüdo   Yarış  





Xəbər lenti