Millimizin oyunu "Yuventus"un stadionunda keçiriləcək

Millimizin oyunu "Yuventus"un stadionunda keçiriləcək
  04 Mart 2021    Oxunub:2977
DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində martın 24-də keçiriləcək Portuqaliya - Azərbaycan oyunu İtaliyanın Turin şəhərində, "Yuventus" klubuna məxsus stadionda təşkil olunacaq.
Azvision.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.

Bildirilir ki, bununla bağlı AFFA-ya müvafiq rəsmi məlumat UEFA-dan, Portuqaliya Futbol Federasiyasından və "Yuventus" klubundan göndərilib və AFFA tərəfindən razılıq verilib.

Portuqaliya milli komandasının ev oyununun neytral meydanda keçirilməsinin səbəbi COVID-19 pandemiyasıdır.

Azvision.az


Teqlər: Milli   Futbol   Stadion  





Xəbər lenti