Azvision.az xəbər verir ki, turnirin 13-cü turunda Azərbaycan derbisi baş tutub. Maraqlı idman mübarizəsində keçən Şəhriyar Məmmədyarov - Teymur Rəcəbov qarşılaşması heç-heçə ilə başa çatıb.
Qeyd edək ki, Ş.Məmmədyarov on birinci tur çərçivəsində rusiyalı Yan Nepomnyaşi ilə qarşılaşmada məğlub olsa da, sonrakı turda onun həmyerlisi Sergey Karyakinə qalib gəlib. Son iki turda Ş.Məmmədyarovun rəqibləri Argentina şahmatçısı Alan Piçot və amerikalı Uesli So olacaq.
Teymur Rəcəbov günün startına qələbə ilə başlayıb. İlk qarşılaşmada David Anton Quixarrona qalib gələn təmsilçimiz sonrakı oyunda isveçli Nils Qrandeliusla heç-heçə edib. Sonrakı iki turda onun rəqibləri Yan Nepomnyaşi və Sergey Karyakin olacaq.
Azvision.az