Jozef Blatter 6 il 8 ay müddətinə cəzalandırıldı

Jozef Blatter 6 il 8 ay müddətinə cəzalandırıldı
  24 Mart 2021    Oxunub:2353
FİFA Müstəqil Etika Komitəsinin Məhkəmə Palatası qurumun keçmiş prezidenti Jozef Blatter və baş katib Jerom Uolkeni etika qaydaların pozulmasında təqsirli bilib.
Azvision.az xəbər verir ki, bu barədə FİFA-nın mətbuat xidməti məlumat yayıb.

Blatter və Uolkenin cəzası 6 il 8 ay müddətinə nəzərdə tutulub. Onlar, həmçinin 1 milyon İsveçrə frankı məbləğində cərimə ödəməlidirlər.

Qeyd edək ki, 2015 və 2016-cı illərdə Blatter və Uolkeyə tətbiq edilmiş qadağalar hələ ləğv edilmədiyindən, yeni cəza əvvəlkinin bitməsindən sonra qüvvəyə minəcək.

Azvision.az


Teqlər: FİFA  





Xəbər lenti