“Təəssüf ki, bizim futbolçularımızda bu təcrübə yoxdur” - Canni De Byazi
O bildirib ki, Serbiya millisi fiziki və texniki cəhətdən güclü komandadır: "Heyətində yer alan futbolçuların 95 faizi ölkə xaricində oynayır. Böyük təcrübələri var. Sabah güclü komandaya qarşı oynayacağıq. Təəssüf ki, bizim oyunçularımızda bu təcrübə yoxdur. Bu da iki komanda arasında fərq yaradır. Hamımızın məqsədi qələbə qazanmaq və azarkeşləri sevindirməkdir. Bizi ağır oyun gözləyir".
Qeyd edək ki, Azərbaycan-Serbiya oyunu martın 30-da Bakı Olimpiya Stadionunda keçiriləcək. Seçmə mərhələnin “A” qrupunda Azərbaycan, Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburq komandaları mübarizə aparır.
Azvision.az
Teqlər: CanniDeByazi