Cüdoçularımız Avropa Kubokunda iştirak edəcəklər |
Daha bir bürünc medalı komandamıza cüdoçumuz Murad Fətiyev (81 kq) qazandırıb. Yarışa onaltıdabir finaldan başlayan cüdoçumuz ardıcıl olaraq Danial Stepien (Polşa) və Din Gemeri (İsrail) mübarizədən kənarlaşdırıb. O, dörddəbir finalda Vədat Albayrak (Türkiyə) ilə dueldən məğlub ayrılıb. İdmançımızın təsəlliverici qarşılaşmada Rusiyanı təmsil edən erməni əsilli rəqibi David Karapetyan tatamiyə çıxmadığı üçün Fətiyev qalib elan edilib. Üçüncü yer uğrunda qarşılaşmada italiyalı rəqibi Antonio Espozitoya qalib gələn cüdoçumuz bürünc medal qazanıb.
Beləliklə, ardıcıl iki nüfuzlu yarışda 3-cü yeri tutan Azərbaycan cüdoçusu Murad Fətiyev Tokio Olimpiya Oyunlarına vacib lisenziya xalları qazanıb.
93 ölkənin cüdoçularının mübarizə apardığı nüfuzlu turnirdə Azərbaycan millisi medalların əyarına görə ümumi hesabda 7-ci, kişilərin yarışında 4-cü yeri tutub.
Azvision.az