“Qalatasaray”dan gözlənilməz məğlubiyyət

“Qalatasaray”dan gözlənilməz məğlubiyyət
  04 Aprel 2021    Oxunub:1938
Futbol üzrə Türkiyə Super Liqasında 31-ci tura start verilib.
Azvision.az -ın məlumatına görə, ilk oyun günündə dörd görüş keçirilib.

Çempionluğa iddialı olan "Qalatasaray" klubu gözlənilməz məğlubiyyətlə üzləşib. Belə ki, səfərdə "Hatayspor"la qarşılaşan Fatih Terimin komandası 3:0 hesabı ilə uduzub.

Türkiyə Super Liqasında bu günün oyunları:

"Kayserispor" - "Göztepe" - 1:1
"Rizespor" - "Fatih Karagümrük" - 0:0
"Sivasspor" - "Trabzonspor" - 0:0
"Hatayspor" - "Qalatasaray" - 3:0


Qeyd edək ki, hazırda turnir cədvəlinə 64 xalla "Beşiktaş" klubu liderlik edir. "Qalatasaray" 61 xalla 2-ci, "Fənərbaxça" isə 59 xalla 3-cü pillədə qərarlaşıb.

Azvision.az


Teqlər: Qalatasaray  





Xəbər lenti