Azərbaycanın oyunu ukraynalı hakimlərə tapşırıldı
Yarışın baş hakimi Yaroslav Vovçhok olacaq. Ona həmyerlisi Yevhen Hordienko kömək edəcək. Üçüncü hakim Azərbaycan Futzal Federasiyasının (AFF) nümayəndəsi Knyaz Əmiraslanov olacaq. Saniyəölçən AFF-nin nümayəndəsi Hikmət Qafarlıdır. Matçın hakim-inspektoru Andreas Demetriou (Kipr) olacaq.
Azərbaycan-Yunanıstan matçı aprelin 14-də təşkil olunacaq.
Azvision.az
Teqlər: Ukrayna