“Qarabağ”ın zədələnən qapıçısına 25 tikiş qoyuldu

“Qarabağ”ın zədələnən qapıçısına 25 tikiş qoyuldu
  17 Aprel 2021    Oxunub:2931
Premyer Liqanın 23-cü turunda “Səbail”lə səfər matçının (1:1) 26-cı dəqiqəsində ciddi zədə alan "Qarabağ" klubunun qapıçısı Şahruddin Məhəmmədəliyev dərhal xəstəxanaya aparılıb.
Azvision.az klubun saytına istinadən xəbər verir ki, burun, üz və kəllə nahiyəsindən xəsarət alan qapıçıya 25 tikiş qoyulub.

İlkin müayinədən sonra Şahruddin Məhəmmədəliyevin ən azı 2-3 həftə yaşıl meydanlardan kənar qalacağı dəqiqləşib.

Azvision.az


Teqlər: Qarabağ   Klub   Qapıçı   ŞahruddinMəhəmmədəliyev  





Xəbər lenti