Avropa çempionatı: Qadın güləşçilərimizin rəqibləri bilindi

   Avropa çempionatı:    Qadın güləşçilərimizin rəqibləri bilindi
  21 Aprel 2021    Oxunub:3501
Polşanın paytaxtı Varşavada güləş üzrə Avropa çempionatı davam edir.
Azvision.az xəbər verir ki, aprelin 21-23-də qadın güləşçilər qitə birinciliyində mübarizə aparacaq. Aprelin 20-də bütün çəki dərəcələri üzrə püşkatma mərasimi keçirilib və güləşçilərimizin ilk rəqibləri müəyyənləşib.

Güləşçilərimizdən Mariya Stadnik (50 kiloqram) Yekaterina Poleşçuk (Rusiya), Tatyana Varansova (53 kiloqram) rusiyalı Olqa Xoroşavtsova (Rusiya), İrina Netreba (65 kiloqram) Belarus təmsilçisi Tatyana Pavlova, Elis Manolova (68 kiloqram) isveçli Tindra Syoeberq (İsveç), Səbirə Əliyeva (76 kiloqram) isə Estoniya güləşçisi Epp Maee ilə qarşılaşacaq.

Aprelin 21-də M.Stadnik, E.Manolova və S.Əliyeva mübarizəyə start verəcəklər. T.Varansova və İ.Netreba isə növbəti gün xalça üzərinə çıxacaqlar.

Qeyd edək ki, Avropa çempionatında sərbəst güləşçilərimizdən Turan Bayramov (70 kiloqram) gümüş, Əfqan Xaşalov (57 kiloqram) və Əli Rəhimzadə (65 kiloqram) isə bürünc medala sahib olublar.

Azvision.az


Teqlər: Güləş   Qadın   Avropa-Çempionatı  





Xəbər lenti