Teymur Rəcəbov Aronyanla heç-heçə edib
Təmsilçimiz Teymur Rəcəbov 3-cü turda prinsipial rəqibi Levon Aronyanla heç-heçə edib. Şahmatçımız ondan əvvəlki iki turda Q.Cons və A.Tariyə qalib gəlib. Şəhriyar Məmmədyarov birinci turda H.Nakamuraya məğlub olub, ikinci turda isə A.Firuzcaya qalib gəlib.
Qeyd edək ki, 16 şahmatçının mübarizəyə qatıldığı və mayın 2-dək davam edəcək turnirdə ən güclü 8 şahmatçı pley-offa vəsiqə qazanacaq. “Champions Chess Tour” onlayn şahmat seriyası ümumilikdə 10 turnirdən ibarət olacaq və 2021-ci ilin sentyabr ayınadək davam edəcək.
Azvision.az
Teqlər: TeymurRəcəbov