Azərbaycan qılıncoynadanı Tokio-2020-yə lisenziya qazandı

Azərbaycan qılıncoynadanı Tokio-2020-yə lisenziya qazandı
  26 Aprel 2021    Oxunub:6060
Azərbaycana Tokio-2020 Yay Olimpiya Oyunlarına 20-ci lisenziyanı qılıncoynadan Anna Başta qazandırıb.
Azvision.az xəbər verir ki, idmançımız İspaniyanın Madrid şəhərində keçirilən Avropa Olimpiya Təsnifat Turnirinin həlledici final görüşündə alman sablyaçısı Anna Limbaxa 15:13 hesabı ilə qalib gəlib.

Xatırladaq ki, Tokio Yay Olimpiya Oyunları koronavirus pandemiyası ilə əlaqədar 2020-ci il 24 iyul - 9 avqust tarixindən bu il 23 iyul - 8 avqusta təxirə salınıb. Yay Paralimpiya Oyunları 24 avqust - 5 sentyabrda keçiriləcək.



Azvision.az


Teqlər: Tokio-2020  





Xəbər lenti