Stadnik Tokio olimpiadası üçün sertifikat aldı
Onlayn kursdan keçənlər Tokio-2020 Yay Olimpiya Oyunlarında antidopinq qaydaları, dopinq nəzarəti prosesi, habelə Terapevtik İstifadə üçün İcazə və dərmanların necə yoxlanılması haqqında məlumat əldə edəcəklər. Bu kurs vasitəsilə idmançılar həm də hüquq və vəzifələri, oyunlar zamanı onların üzərində yurisdiksiyası olan təşkilatlar haqqında biliklərini təkmilləşdirəcəklər.
İnteraktiv onlayn təhsil kursu bir neçə mərhələdən ibarətdir. Hər mərhələdə iştirakçıya vacib biliklər və yekunda biliklərin yoxlanılması üçün suallar verilir. Ümumi sualların 80 faizindən çoxunu düzgün cavablandıran şəxslər kursu müvəffəqiyyətlə tamamlayır və elektron sertifikat əldə edir.
Bu platforma idmançıların Tokio-2020 Yay Olimpiya Oyunlarına hazırlığının ayrılmaz hissəsidir. Burada idmançılar və onların köməkçi heyətinin kurslardan keçmələri vacibdir. Tokioya yollanacaq idmançılar üçün əhəmiyyətini nəzərə alaraq, AMADA İdmançıların və onların köməkçi heyətinin kurslardan keçməsi üçün bütün lazımi dəstəyi göstərir.
Azərbaycanın qadın güləşi üzrə 8 qat Avropa çempionu Mariya Stadnik kursu keçərək sertifikatını alan ilk idmançı olub.
Azvision.az
Teqlər: Stadnik