UEFA da boykota qoşuldu

UEFA da boykota qoşuldu
  29 Aprel 2021    Oxunub:995
UEFA İngiltərə Futbol Liqası və İngiltərə Futbol Assosiasiyasının elan etdiyi irqçi ayrıseçkiliklə bağlı sosial medianın boykotuna qatılıb.
Azvision.az xəbər verir ki, təşəbbüsü şəxsən qurumun prezidenti Aleksandr Çeferin dəstəkləyib. O, UEFA-nın rəsmi saytına açıqlamasında qurumun sosial media hesablarında 30 aprel-3 may tarixlərində heç bir paylaşım edilməyəcəyini bildirib. Bu yolla UEFA da boykota qoşulmuş olacaq.

Qeyd edək ki, başda İngiltərə olmaqla bir sıra ölkələrdə çıxış edən qaradərili oyunçular digər insanlar tərəfindən tənqidlərə, təhqirlərə və irqçi ifadələrə məruz qalıb.

Azvision.az



Teqlər: UEFA  





Xəbər lenti