Məmmədyarov üçüncü yer uğrunda mübarizə aparacaq

Məmmədyarov üçüncü yer uğrunda mübarizə aparacaq
  02 May 2021    Oxunub:3157
Dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn şahmat seriyasının “New In Chess Classic” turnirində final mərhələsinin cavab oyunları keçiriləcək.
Azvision.az xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov üçüncü yer uğrunda ermənistanlı Levon Aronyanla həlledici mərhələdə mübarizə aparacaq.

Qeyd edək ki, təmsilçimiz birinci matçda iki qələbə qazanıb, iki görüşdə isə məğlub olub.

Ümumi mükafat fondu 100 min ABŞ dolları olan “New In Chess Classic” turniri mayın 2-də başa çatacaq. “Champions Chess Tour” onlayn şahmat seriyası ümumilikdə 10 turnirdən ibarətdir və 2021-ci ilin sentyabrınadək davam edəcək.

Azvision.az


Teqlər: ŞəhriyarMəmmədyarov  





Xəbər lenti