Peyvənd olunan müəllimlərin sayı açıqlandı

Peyvənd olunan müəllimlərin sayı açıqlandı
  08 May 2021    Oxunub:2524
Bu günə qədər Azərbaycanda 57 minə yaxın müəllim koronavirus əleyhinə vaksinin ən azı birinci dozasını vurdurub. Bu, ökə üzrə müəllimlərin 60-64 %-nin peyvənd olunması deməkdir.
Azvision.az xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev bildirib.

Onun sözlərinə görə, 50 yaşdan yuxarı hər üç müəllimdən ikisi artıq vaksinasiyadan keçib: “Hazırda proses davam edir. 40 yaşdan yuxarı 28 500 nəfər peyvənd olunub. 120 minə qədər (53 %) təhsil işçisi vaksinasiyadan keçib. Mən onların hamısını təbrik edirəm. Peyvənd olunanlar arasında bu günə kimi ciddi və əsaslı pisləşmə müşahidə edilməyib", - deyə nazir qeyd edib.

Aytən Zəhra
Azvision.az


Teqlər: Müəllim   Peyvənd  





Xəbər lenti