Paytaxtda növbəti iməclik keçirildi - FOTOLAR
İməcliyin keçirildiyi ərazi yararsız tullantılardan təmizlənərək burada 200 ədəd yeni, əsas etibarı ilə Eldar şamı, kiparis və digər ağaclar əkilib. Heydər Əliyevin doğum günündə keçirilən iməclik bu ərazidə ekoloji tarazlığın bərpası və ərazinin gözəlləşməsi istiqamətində görülən işlərin davamıdır.
İməclikdə əkilən ağaclara gələcəkdə qulluq göstərilməsi üçün suvarılma məsələlərin həll edilib, cavabdehlər müəyyənləşdirilib. Ay ərzində Bakı şəhərinin yaşıllaşdırılması, yaşıllıqlara qulluq və abadlıqla bağlı işlərin davam etdirilməsi nəzərdə tutulub.
Azvision.az