Azvision.az DİN-in saytına istinadən xəbər verir ki, Nərimanov Rayon Polis İdarəsi 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində mayın 10-da rayon ərazisində yerləşən ASC-lərin birinin anbarından 500 manat dəyərində tikinti materialı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini İ.Feyziyev saxlanılıb.