Sumqayıtda qanunsuz ağac kəsən şəxs cəzalandırıldı

 Sumqayıtda qanunsuz ağac kəsən şəxs cəzalandırıldı
  12 May 2021    Oxunub:3465
Sumqayıt şəhəri, 30-cu məhəllə 4/6 saylı binanın yaxınlığında gecə saatlarında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət Xidmətin əməkdaşları tərəfindən yerində araşdırılıb və fakt təsdiqini tapıb.
Bu barədə Azvision.az -a Regional Ekologiya İdarəsinin rəsmisi Fərid Piriyev məlumat verib. O bildirib ki, araşdırma zamanı sözügedən ərazidə Ağanasib Kamilov tərəfindən 2 ağacın kəsildiyi və təbiətə 2700 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. Faktla bağlı akt tərtib olunub:

“Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Sumqayıt şəhər prokurorluğuna göndəriləcək. Kəsilmiş ağacların yerinə isə yeniləri əkilib".



Azvision.az


Teqlər: Sumqayıt   Ağac  





Xəbər lenti