Daxili İşlər Naziliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan
Azvision.az -a verilən məlumata görə, daxil olmuş müraciətlər əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluq əməlini törətməkdə şübhəli bilinən əmioğlular, Şamaxı rayon sakinləri-Səfər və Namiq Əsədovlar saxlanılıb. Araşdırma zamanı onların hər hansı bir firmada işləmədiyi, Sədərək ticarət mərkəzindən aldıqları məişət əşyalarını rayonlarda satdıqları məlum olub.
Faktla bağlı Qax Rayon Polis Şöbəsinin İstintaq qrupunda araşdırma aparılır. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar olarsa, DİN-in “102” Zəng Mərkəzinə və Qax RPŞ-nin (024)-255-23-52 şəhər nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur.
Azvision.az