Hacıqabulda 2 nəfər narkotikə görə tutuldu
Dindirilmə zamanı M.Abasov törətdiyi cinayət əməlini etiraf edərək, çətənə kollarını mart ayında əkdiyini və şəxsi istifadəsi üçün yetişdirdiyini bildirib.
Şöbə əməkdaşları tərəfindən keçirilən digər bir əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Rövşən Hacıyev saxlanılaraq polis şöbəsinə gətirilib. Şəxsi axtarış ondan heroin aşkar olunaraq götürülüb.
Qeyd olunan faktlarla bağlı Hacıqabul RPŞ-də cinayət işləri açılıb, araşdırmalar aparılır.
Azvision.az
Teqlər: Hacıqabul Polis Narkotik