FHN Bakıda təhlükənin qarşısını aldı

FHN Bakıda təhlükənin qarşısını aldı
  15 May 2021    Oxunub:2658
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda dördmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsinin eyvanından daş parçasının asılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Bu barədə Azvision.az -a FHN-dən bildirilib.

Ərazidən keçən insanların təhlükəsizliyinin təmin olunması məqsədilə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına cəlb olunub. Xilasedicilər daş parçasını müvafiq qaydada götürərək təhlükəni aradan qaldırıblar.

Azvision.az



Teqlər: FHN   Xilasedici  





Xəbər lenti